“Əl-Nəsr” Kral Kuboku ilə vidalaşdı

İdman

30.10.2024 09:53

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Kral Kuboku turnirində 1/8 final oyununa çıxıb.

TodayPress xəbər verir ki, Ər-Riyad təmsilçisi dogma meydanda “Əl-Taavun”la qarşılaşıb. 

Görüş qonağ komandanın minimal hesablı qələbəsi ilə başa çatıb 1:0. Matçın 71-ci dəqiqəsində Flavio “Əl-Taavun”un qələbə qolunu vurub.

Kriştiano Ronaldo 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Namiq HUN

tag: Əl-Nəsr, Kral, Ər-Riyad, Ronaldo, Penalti, todaypress.az,