“Əl-Nəsr” Duranı heyətinə qatdı
İdman
01.02.2025 10:05
“Əl-Nəsr” klubu “Aston Villa”nın və Kolumbiya millisinin hücumçusu Con Duranı transfer edib. Səudiyyə Ərəbistanı təmsilçisi sövdələşmənin maliyyə detallarını açıqlamayıb.
TodayPress tanınmış insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, cənubi amerikalı forvardın Ər-Riyad təmsilçisinə keçidi 77 milyon avro və əlavə bonuslar əsasında baş tutub.
Qeyd edək ki, Duran “Aston Villa”ya 2023-cü ilin yanvarında “Çikaqo Fayr” klubundan transfer olunub. 21 yaşlı forvard cari mövsüm Birmingem təmsilçisinin heyətində 29 matçda 12 qol vurub.
Namiq HUN
tag: Ər-Riyad,Birmingen,Matç,İnsayder, Con Dura,Todaypress.az,