“Əl-Nəsr” Bonifeyslə anlaşdı

İdman

29.01.2025 09:43

1818

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Viktor Bonifeysin keçidi ilə bağlı “Bayer 04”ün razılığını alıb.  

TodayPress xəbər verir ki, nigeriyalı hücumçunun transferi Ər-Riyad təmsilçisinə 60 milyon avroya başa gələcək.   

24 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubunda ilinə 15 milyon qazanacaq. 

Qeyd edək ki, Viktor Bonifeys cari mövsüm “Bayer 04”ün heyətində meydana çıxdığı 15 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Forvardın Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.     

Namiq HUN

tag: Əl-Nəsr,Səudiyyə ,Klub,Viktor Bonifeys,Todaypress.az,