“El-Klassiko”nun nəticəsi Ançelottinin nüfuzuna zərbə vurdu
İdman
28.10.2024 12:45
“Real Madid” klubunun rəhbərliyindəki bəzi nüfuzlu şəxslər baş məşqçi Karlo Ançelottinin istefaya göndərilməsini istəyir.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, narazılıq “Barselona”ya məğlubiyyətdən (0:4) sonra güclənib.
Onlar həm komandada gündəlik iş prosesinin təşkilini, həm də məşqçinin gənc futbolçulara münasibətini bəyənmirlər.
Məlumatda bildirilir ki, rəhbərlik Ançelottinin son illərdə klubun uğurlarına verdiyi töhfəni yüksək qiymətləndirir, lakin onun komandadan getmək vaxtının gəldiyini vurğulayır.
Bununla belə, Ançelottinin hər şeyə rəğmən “kral klubu”nun prezidenti Florentino Peresin etimadını qazandığı qeyd edilir.
Qeyd edək ki, italiyalı mütəxəssis 2021-ci ilin yayından “Real Madrid”in baş məşqçisidir.
Namiq HUN
tag: Ançelotti,Florentino Peres,Real Madrid, Kral Klubu, todaypress.az,