“El-Klassiko” İngiltərədə oynanılacaq?
İdman
28.01.2025 09:46
La Liqanın XXXV turunun “Barselona” - “Real” matçı İspaniyada deyil, başqa bir ölkədə keçirilə bilər.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, “Kamp Nou” stadionunda işlər matçın nəzərdə tutulduğu may ayına qədər başa çatmayacağından Kataloniya təmsilçisi alternativ yer axtarmaq məcburiyyətində qalıb.
Variantlardan biri tutumuna görə Avropada “Kamp Nou”dan sonra ikinci yerdə olan İngiltərənin “Uembli” stadionudur. “Uembli” “Barselona” azarkeşlərinin qəlbində xüsusi yer tutur.
“Barselona” bu stadionda 1992-ci ildə Avropa Çempionlar kubokunun, 2011-ci ildə isə Çempionlar Liqasının qalibi olub. La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası kataloniyalıların bu qərarını dəstəkləyir. Qeyd edək ki, “Barselona” – “Real Madrid” matçı mayın 11-də keçiriləcək.
Namiq HUN
tag: El-Klassiko,İngiltərə,Real Madrid,İspaniya,Todaypress.az,