“Əl-İttihad” serbiyalı qolkiperlə anlaşdı
İdman
06.08.2024 10:10
Səudiyyə Ərəbistanının "Əl-İttihad" futbol klubu Serbiya millisinin qapıçısı Predraq Raykoviçi heyətinə qatıb.
TodayPress xəbər verir ki, 28 yaşlı əlcək sahibi ilə 4 illik müqavilə bağlanıb.
Onun transferi “Əl-İttihad”a 11 milyon avroya başa gəlib.
Predraq Raykoviç son olaraq İspaniyanın "Malyorka" klubunda çıxış edib.
Qeyd edək ki, "Əl-İttihad" klubunda Kərim Benzema, Nqolo Kante və Fabinyo kimi dünya şöhrətli futbolçular forma geyinir.
Namiq HUN
tag: Səudiyyə Ərəbistan, Əl-İttihad, İspaniya, Kərim Benzema, Nqolo Kante, Fabinyo, todaypress.az,