“Əl-Hilal” Neymarla yollarını ayırdı
İdman
28.01.2025 09:18
Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan ayrılıb.
TodayPress klubun rəsmi saytın istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
32 yaşlı “sambaçı” sabiq komandası “Santos”a geri dönəcək.
Qeyd edək ki, 2023-ci ilin yayında “Əl-Hilal” klubuna transfer olunan Neymar zədə səbəbindən ümumilikdə meydan çıxdığı 7 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Əl-Hilal,Neymar,Braziliya,Klub,Todaypress.az,