“Əl-Hilal” Neymarla bağlı qərar verdi
İdman
04.12.2024 10:28
Braziliyalı hücumçu Neymar cari mövsümün sonuna kimi “Əl-Hilal”da qalacaq.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi forvardı mövsümün ikinci yarısı üçün komandada saxlamaq qərarına gəlib.
32 yaşlı futbolçu satışa çıxarılacaq müdafiəçi Xalidu Kulibalinin yerini tutacaq.
Qeyd edək ki, Neymar Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə heç bir oyun keçirməyib. Hücumçu dizindəki çarpaz bağlar zədələndiyi üçün təxminən bir il forma geyinə bilməyib. Onunla klub arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
Namiq HUN
tag: Neymar, Braziliya, Hücum,Səudiyyə Ərəbistan, todaypress.az,