"Əl-Hilal" Neymarın adını iştirak ərizəsinə saldı

İdman

12.09.2024 09:03

Bir ilə yaxındır meydanda olmayan "Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunun Asiya Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilib.

TodayPress xəbər verir ki, forvard “Əl-Hilal”ın 2024-2025 mövsümündə Çempionlar Liqasında iştirak edəcək 31 futbolçudan ibarət siyahısında yer alıb.

Neymar 2023-cü ilin oktyabr ayının sonundan zədə səbəbindən matçlarda iştirak etmir. Onun noyabr ayında meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə “Əl-Hilal” Asiyanın Qərb regionunu təmsil edən 11 komanda ilə qarşılaşacaq.

Namiq HUN

tag: Əl-Hilal ,Neymar Səudiyyə, Asiya ,Çempionlar Liqası, Qərb ,todaypress.az,