“Əl-Hilal” Kanselo ilə anlaşdı

İdman

22.08.2024 11:39

"Mançester Siti" və "Əl-Hilal" Joao Kanselonun transferi ilə bağlı razılığa gəliblər. 

TodayPress xəbər verir ki, "Mançester Siti"nin portuqaliyalı sağ cinah müdafiəçisi Joao Kanselonun mümkün transfer məbləği 35 milyon avro olacaq.

Futbolçu son mövsümü icarə əsasında İspaniyanın "Barselona" klubunda keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Kanselo 2023-cü ilin yanvar-iyun aylarıında "Bavariya" klubunda icarə əsasında çıxış edib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2019-cu ilin avqustunda 65 milyon avroya "Yuventus"dan "Mançester Siti"yə keçib.

Joao Kanselo Portuqaliya millisində keçirdiyi 58 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

Namiq HUN

tag: İspaniya, Bavariya, Barselona, Yuventus, Mançester Siti, todaypress.az,