“Əl-Əhli” Toniyə sahib çıxdı

İdman

30.08.2024 14:52

“Brentford” futbol klubunun hücumçusu İvan Toni Səudiyyə Ərəbistanına gedir. 

TodayPress xəbər verir ki, İngiltərə təmsilçisi “Əl-Əhli”dən Toni üçün gələn təklifi qəbul edib. 

“Brentford”un forvardın transferindən qazancı 42 milyon avro olacaq.

Qeyd edək ki, Toni 2020-ci ilin sentyabr ayından “Brentford”da çıxış edir. 28 yaşlı futbolçu ötən müddət ərzində klubun heyətində meydana çıxdığı 141 oyunda 72 qol vurub və 23 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Brentford ,Hücumçu, İvan Toni,Əl-Əhli, Ərəbistan, todaypress.az,