“Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi oldu

İdman

04.05.2025 11:15

5

Asiya Çempionlar Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.

TodayPress xəbər verir ki, həlledici oyunda "Əl-Əhli" (Səudiyyə Ərəbistanı) ilə "Kavazaki Frontale" (Yaponiya) qarşılaşıb.

Ərəblər rəqibi üzərində 2:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, "Əl-Əhli" tarixində ilk dəfə turnirin qalibi olub. Komanda bundan əvvəlki iki finalda titulsuz qalmışdı.

tag: Asiya,Çempionlar Liqası,Əl Əhli,Kavazaki Frontale,todaypress.az,