“Əl-Əhli” Alleqriyə 50 milyon avro vəd etdi

İdman

18.01.2025 19:00

Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.

TodayPress xəbər verir ki, italiyalı mütəxəssisin xidmətində “Əl-Əhli” klubu maraqlıdır.

Asiyalılar məşqçiyə 50 milyon avro müqabilində 2 illik müqavilə təklif edib. 

57 yaşlı məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, “Yuventus”un və “Milan”ın sabiq baş məşqçisi ötən ilin may ayından işsizdir.


Namiq HUN

tag: Futbol, İdman, Alleqri, ƏlƏhli, todaypress.az,