“Əl-Cəzirə” Fekiri heyətinə qatdı
İdman
31.08.2024 10:09
Futbol üzrə Dünya çempionu Nabil Fekir La Liqadan ayrılıb.
TodayPress xəbər verir ki, fransalı yarımmüdafiəçi "Betis"dən Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubuna transfer olunub.
2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan 31 yaşlı futbolçu bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.
Qeyd edək ki, N.Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.
Namiq HUN
tag: Futbol, Dünya, Əl-Cəzirə, Fransa ,Fekir, Çempionat, todaypress.az,