“El Bandido” La Liqanı tərk edir?

İdman

06.01.2025 17:00

Xames Rodriges La Liqa təmsilçisi “Rayo Valyekano”dan ayrılmağa qərar verib. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış kolumbiyalı yarımmüdafiəçi ispan klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.

Səbəb, 33 yaşlı futbolçunun baş məşqçi İniqo Pereslə münaqişəli olmasıdır. 

Qeyd edək ki, Xames Rodriges cari mövsüm “Rayo Valyekano”nun heyətində cəmi 7 oyun keçirib. 

Xatırladaq ki, o, daha əvvəl “Real Madrid” və “Bavariya” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.

Namiq HUN

tag: Real Madrid ,Məşqçi, İniqo, Yarımmüdafiə, todaypress.az,