“El Bandido” klubsuz qaldı

İdman

22.07.2024 11:11

"San-Paulu" klubunun hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges artıq sərbəst agentdir. 33 yaşlı futbolçu yeni komanda axtarışına başlayıb.

TodayPress xəbər verir ki, Amerika Kubokunun ən yaxşı futbolçusu seçilən Xames Rodriges Braziliya təmsilçisi ilə qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv edib.

Qeyd edək ki, Xames Rodriges ötən il Yunanıstanın “Olimpiakos” klubundan “San-Paulu”ya keçib. O, 2023/24 mövsümündə meydana çıxdığı 18 oyunda 2 qol və 7 assistlə yadda qalıb.

Namiq HUN

tag: San-Paulu, Amerika, Yunanıstan, Xames Rodriges, Oyun, todaypress.az,