Ekvador 1 dəqiqədə 2 qol vurdu

İdman

22.03.2025 11:40

1158

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIII tura yekun vurulub. 

TodayPress xəbər verir ki, turun son günü dramatik sonluqla bitib. 

Ekvadord – Venesuela matçında vurulan hər üç qol uzatma dəqiqələrinə təsadüf edib. 

Matçın 90+1-ci dəqiqəsində Venesuela Jonder Kadisin qolu ilə oyunda hesabı açıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsi isə Ekvador millisinin vurduğu 2 qolla əlamətdar olub. Jeqson Mendes oyunda status-kvonu bərpa edib. Danil Kastilyo isə komandasına əzmkar qələbə qazandırıb 2:1.

KONMEBOL zonasının lideri Argentina isə heyətindəki itkilərə baxmayaraq, Uruqvay səfərindən 3 xalla dönüb. Bunun üçün Tyaqo Almadanın qolu bəs edib 1:0.

Namiq HUN

tag: DÇ-2026,Futbol,Argentina,Ekvador,todaypress.az,