Ekklstoun bolid kolleksiyasını satışa çıxartdı

İdman

03.12.2024 18:25

“Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun unikal bolid kolleksiyasını satmağa qərar verib.

TodayPress xəbər verir ki, o, 69 yürüş avtomobilini auksiona çıxaracaq.

Bunu Ekklstounun özü açıqlayıb: 

“Mən 50 ildən çoxdur bu avtomobilləri kolleksiyama yığıram. Həmişə də ən yaxşıları almışam. Öz avtomobillərimin hamısını sevirəm. Amma artıq mən olmayanda avtomobillərin taleyinin necə olacağını düşünməyin vaxtı çatıb. Buna görə də onları satmaq qərarına gəldim”.

Qeyd edək ki, 94 yaşlı Berni Ekklstoun 1974-cü ildən 2017-ci ilin yanvarına qədər “Formula 1”ə rəhbərlik edib.

Namiq HUN

tag: Bolid,Berni Ekklstoun, Formula 1,Kolleksiya,todaypress.az,