Əfsanəvi tennisçi şok iddia ilə çıxış etdi

İdman

10.01.2025 14:16

Avstraliya hakimiyyətinə COVID-19-a qarşı peyvənd oluna bilməməsi ilə bağlı şübhəli arayış təqdim etmək cəhdinə görə “Böyük Dəbilqə” seriyalı Australian Open-2022 tennis turnirini buraxan Novak Cokoviç iddia qaldırıb. 

TodayPress xəbər verir ki, serbiyalı tennisçi “GQ Sports” nəşrinə müsahibəsində deyib ki, deportasiyanı gözləyərkən Melburn otelində zəhərlənib. 

“Səhhətimdə problemlər var idi. Müəyyən vaxtdan sonra anladım ki, Melburn otelində mənə zəhərli yemək veriblər. Mən bu barədə əvvəllər heç vaxt açıq danışmamışam. Test nəticələri göstərdi ki, məndə çox yüksək səviyyədə ağır metallar var: qurğuşun və civə. Bundan əvvəl mən sadəcə xəstə olduğumu düşünürdüm, lakin sağalmağımın uzun çəkdiyini görüb, həkim briqadasını evə çağırdım. Sonra mənə toksikoloji testlərin nəticələrini verdilər”.

Namiq HUN

tag: Serbiya, Problem ,Səhhət, Tennisçi, todaypress.az,