Əfsanəvi pilotun kombinezonu satışa çıxarılacaq

İdman

26.12.2024 11:08

TodayPress xəbər verir ki, qeyri-adi lot Parisdə “RM Sotheby's”  hərracına çıxarılacaq.

Ayrton Sennanın karyerasının əlamətdar 1988-cil il mövsümündə geyindiyi kombinezonun fevralda 40-60 min avroya satılacağı gözlənilir.

Qeyd edək ki, braziliyalı pilot 1988-ci ildə “Lotus”dan “McLaren” komandasına keçib. O, burada Alen Prostun komanda yoldaşı olub. Həmin mövsüm “Formula 1” tarixində ən dramatik hesab olunur. Senna və Prost arasında yaranan ciddi rəqabət komandaya mövsümdə 16 yarışdan 15-də qələbə qazandırıb. 

1988-ci ildə səkkiz dəfə podiumun ən yüksək pilləsinə qalxan Ayrton Senna ilk dəfə dünya çempionu titulunu qazanıb. O, bir mövsümdə qələbələrin sayına görə Prostun, poulların sayına görə isə Nelson Piketin rekordunu qırıb.

Namiq HUN

tag: Pilot, Yüksək ,Pillə, Ayrton ,todaypress.az,