Əfsanəvi idman şərhçisi həkim nəzarətinə götürüldü

İdman

18.03.2025 11:45

2096

"Neftçi" komandasının keçmiş qapıçısı Çingiz İsmayılov səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.   

TodayPress xəbər verir ki, aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır.   

Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilib. 

AFFA-nın yeni rəhbərliyi Çingiz İsmayılovun sağlıq durumuna həssas yanaşır. Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinin yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.

Namiq HUN

(Sportinfo.az)   


tag: Çingiz İsmayılov,Futbol,Şərhçi,Xəstəxana,Todaypress.az,