Əfsanəvi futbolçu prezident olmaq istəyir

İdman

18.11.2024 16:45

Məşhur hücumçu Ronaldo Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, o, gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. 

Ronaldo iş adamlarından və məşhur futbolçulardan ibarət güclü dəstəyə sahibdir. 

“Fenomen” ləqəbli keçmiş forvard prezident olacağı təqdirdə, Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.

Qeyd edək ki, Ronaldo hazırda Avropada “Real Valyadolid”in, Braziliyada isə “Kruzeyro” klubunun səhmlərinə sahibdir.

Namiq HUN

tag: Ronaldo, Braziliya, Fenomen, Avropa, Kruzeyro, todaypress.az,