Əfsanənin oğlu parlamadan futboldan getdi

İdman

24.09.2024 15:13

Zinəddin Zidanın böyük oğlu Enzo Zidan futbolçu karyerasını başa vurub.

TodayPress xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

Yarımmüdafiəçinin son klubu İspaniyanın "Fuenlabrada" olub. O, 2023-cü ildə ayrıldığı klubda 29 oyuna çıxıb. 

29 yaşlı futbolçu klub tapa bilmədiyindən karyerasını başa vurmaq qərarına gəlib.

Qeyd edək ki, Enzo Zidan karyerası ərzində 203 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 24 qolun ötürməsini verib.

Namiq HUN

tag: Zinəddin Zidan, Enzo Zidan ,Fuenlabrada, Karyera, İspaniya ,todaypress.az,