Əfsanənin ilk forması inanılmaz qiymətə satıldı

İdman

28.03.2025 14:37

2681

“Sotheby’s” hərrac evi Maykl Cordanın ilk oyun formasını 4,250 milyon dollara satıb.   

TodayPress ESPN-ə istinadən xəbərv verir ki, lot basketbolçunun 1984/85-ci il mövsümündə NBA-da debüt etdiyi orijinal oyun formasıdır.   

Lotun həqiqətən Cordanın ilk oyun forması olduğunu təsdiqləmək üçün “Sotheby’s” “MeiGray” şirkətindən rəy alıb.

Oyunların foto və video çəkilişləri əsasında müvafiq ekspertiza aparılıb.  Dəyər baxımından bu, bu auksionda satılan beşinci formadır. 

Maykl Cordana məxsus xüsusi forma sonuncu dəfə 2009-cu ildə “Grey Flannel Auctions”da 66.000 dollara satılıb. 

Namiq HUN

tag: Sotheby’s,Maykl Cordan,ESPN,MeiGray,Todaypress.az,