Əfsanənin geyindiyi ilk forma rekord qiymətə satıldı

İdman

26.04.2025 17:58

7

2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən ABŞ Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi “Los Anceles Leykers”in sabiq oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb. 

TodayPress “Reuters”ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evində satışa çıxarılan forma 7 milyon dollara alınıb. 

Qeyd edək ki, Kobe Brayant bu formanı 1996/1997-ci illər mövsümündə geyinib.

O, 18 yaşında ilk oyuna çıxıb. Brayant cəmi 6 dəqiqə meydanda olduğu ilk matçında xal qazanmağı bacarıb.   

Namiq HUN

tag: Kobe Brayant,Forma,Milyon,Dollar,Satış,Todaypress.az,