Əfsanələrin hərracı baş tutmadı

İdman

26.12.2024 18:10

Parisdə Dieqo Armando Maradonanın saçından ibarət bir tutam, eləcə də, braziliyalı hücumçu Ronaldonun 1998-ci il dünya çempionatının finalında Fransa millisi ilə oyunda geyindiyi forma hərraca çıxarılıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, onların heç biri satılmayıb.

Maradonanın saçları üçün tender 35 min avrodan başlayıb,  Ronaldonun köynəyi isə 40 min avroya qiymətləndirilib. Lakin heç kim onları almaq arzusunu ifadə etməyib.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib, Ronaldo isə Braziliya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Namiq HUN

tag: Fransa, Ronaldo, Dieqo, Maradona, todaypress.az,