Əfsanə ticarət kartı ilə hərracı canlandırdı

İdman

01.04.2025 09:50

1484

“Los Anceles Leykers” basketbol klubunun hücumçusu Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1,159 milyon dollara satılıb.   

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Lebronun “Klivlend Kavalyers” klubunda top oynatdığı dövrə aid olan kart “Goldin Auctions” hərracında sahibini tapıb. 

Xatırladaq ki, Lebron Ceyms 2003-2010-cu və 2014-2018-ci illərdə “Klivlend Kavalyers”də çıxış edib.

O, Klivlend təmsilçisinin heyətində bir dəfə NBA çempionu olub.

Ceyms həmçinin final seriyasının (2016) və müntəzəm mövsümün (2009, 2010) ən dəyərli oyunçusu seçilib.   

Namiq HUN

tag: Lebron Ceyms,NBA,Basketbol,Əfsanə,KArt,Hərrac,Todaypress.az,