Əfsanə razılaşmaya sərt reaksiya verdi
Çexiyalı məşhur hokkeyçi Dominik Qaşek Trampı vətənə xəyanətdə ittiham edib.
TodayPress xəbər verir ki, Qaşek “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin rus və amerikalı oyunçular arasında xokkey oyunlarının təşkili təklifi ilə razılaşmasına reaksiya verib.
Olimpiya çempionu və Stenli Kubokunun ikiqat qalibi, ABŞ liderini vətənə xəyanətdə və həmvətənlərini təhqir etməkdə ittiham edib.
Qasek bu işdə amerikalı xokkeyçilərin “dəhşətli cinayətlərə haqq qazandırmaq” üçün istifadə olunacaqlarını bildirib.
Xatırladaq ki, martın 18-də Tramp Putinin rus və amerikalı oyunçular arasında hokkey oyunlarının təşkili ideyasını dəstəkləyib.
Bu qarşılaşmalar Milli Hokkey Liqası (NHL) və Kontinental Hokkey Liqası (KHL) oyunçuları arasında keçiriləcək.
Namiq HUN
tag: Dominik Qaşek,ÇExiya,Xokkey,ABŞ,Rusiya,Etiraz,Todaypress.az,