Əfsanə Olimpiadanı medalsız başa vurdu

İdman

07.08.2024 09:20

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris Olimpiadasını mükafatsız başa vurub.

TodayPress xəbər verir ki, onun 1/4 finalda məğlub olduğu Monqolustan güləşçisi finala vəsiqə qazana bilməyib. Dolqorjava yarımfinalda ABŞ təmsilçisi Sara Hildebranta uduzub. 

Bu səbəbdən də Stadnik təsəlliverici görüşə çıxmaq şansını itirib.

Xatırladaq ki, 36 yaşlı Mariya Stadnik Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısıdır. O, həmçinin karyerası ərzində 2 dəfə dünya, 9 dəfə isə Avropa çempionu olub.  

Namiq HUN

tag: Mariya Stadnik, Paris, Azərbaycan, Avropa, Olimpiada, todaypress.az,