Əfsanə “Leykers”in liderini dəstəklədi
Basketbol Şöhrət Zalının üzvü və ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat qalibi olan Şakil O’Nil Los-Ancelesdə “Leykers”in lideri Lebron Ceymsin şərəfinə abidə qoyulmasına etiraz etməyib.
TodayPress xəbər verir ki, bu barədə “ScroopB” nəşri məlumat yayıb.
“Lebron NBA-da xal rekordunu qırdı. Sual verirsiniz ki, Los-Ancelesdə onun heykəlinin qoyulmasının əleyhinə deyiləm? Yox. Mən onun şərəfinə abidə ucaldılmasına etiraz etmirəm. Lebron Ceyms böyük oyunçudur” O’Nil deyib.
Namiq HUN
tag: Şakil O’Nil ,Lebron Ceyms,Leykers,NBA,Todaypress.az,