Əfsanə “Lester”dən ayrılmağa qərar verdi
“Lester” klubunun futbolçusu Ceymi Vardi cari mövsümün sonunda komandadan ayrılacaq.
TodayPress xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə klubun X sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, Ceymi Vardi 2012-ci ildən “tülkülər”də çıxış edir. O, cari mövsüm Premyer Liqada 7 qol vurub.
İngiltərə çempionatında 18 xalla 20 komanda arasında 19-cu sırada yer alan “Lester”in Çempionşipə düşəcəyi dəqiqləşib.
Namiq HUN
tag: Lester,Klub,Ceyms Vardi,Komanda,Todaypress.az,