Əfsanə karyerasını başa vurdu

İdman

13.09.2024 09:43

"Roma" və "Sevilya" futbol klublarının sabiq vingeri Dieqo Perotti karyerasını başa vurduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, 36 yaşlı futbolçu 2022-ci ilin may ayında "Salernitana"dan ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Dieqo Perotti karyerası ərzində “Roma”, “Sevilya”, “Atletiko”, “Cenoa”, “Fənərbaxça” və “Boka Xuniors” klublarında çıxış edib. 

O, bu müddət ərzində meydana çıxdığı 411 matçda 58 qol vurub və 60 məhsuldar ötürmə verib. 

Namiq HUN

tag: Roma, Sevilya, Futbol, Dieqo Perotti, Karyera, todaypress.az,