Əfsanə doğma klubuna sahib çıxdı

İdman

25.01.2025 14:56

1299

İtaliyalı futbol məşqçisi Daniele De Rossi sabiq klubunu satın alıb.   

TodayPress xəbər verir ki, o, İtaliya D Seriyasında çıxış edən “Ostiamare” klubunu iflas olmaqdan xilas edib.   

De Rossi həmçinin təhlükəsizlik qaydalarına uyğun olmayan klub stadionu ilə bağlı problemləri də həll edəcəyini bildirib.   

Qeyd edək ki, “Ostiamare” Daniele De Rossinin futbolçu karyerasına başladığı klubdur.   

Namiq HUN

tag: İtaliya,Futbolçu,Daniele De Rossi,Klub,Todaypress.az,