Ederson Premyer Liqada rekordu təkrarladı
İdman
26.01.2025 11:45
"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı qolkiper buna "Çelsi"yə qalib gəldikləri XXIII turun matçında nail olub.
O, qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb. Ederson turnirdə çıxış etdiyi müddətdə Premyer Liqadakı assistlərinin sayını beşə yüksəldib.
Daha əvvəl "Tottenhem" və "Lids"in sabiq qapıçısı Pol Robinson da karyerası ərzində bu çempionatda beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Mançester Siti" "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.
tag: Mançester Siti,Ederson,İngiltərə ,Premyer Liqa,Çelsi,todaypress.az,