Ederson “Mançester Siti”də qalacaq
İdman
12.08.2024 10:40
“Mançester Siti”nin qolkiperi Ederson karyerasını İngiltərə klubunda davam etdirəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, “şəhərlilər”in heyətində qalacağına əmin olduğunu bildirib:
“Fərziyyələrə son verin! Partnyorlarım, baş məşqçim və direktorla danışdım. Təbii ki, ailəmlə də danışıb ortaq qərar verdim. Mən daha bir neçə il “Mançester Siti”də qalacam”.
Yay transfer pəncərəsi zamanı braziliyalı futbolçu ilə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Ederson 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edir. 30 yaşlı qolkiper son mövsümdə “şəhərlilər”in heyətində 43 oyuna çıxıb, 34 qol buraxıb və 16 dəfə qapısını toxunulmaz saxlayıb. Edersonun komandası ilə müqaviləsi 2026-cı ilin iyul ayına kimi qüvvədədir.
Namiq HUN
tag: Mançester Siti, Ederson, Səudiyyə Ərəbistan, Transfer, Müqavilə, todaypress.az,