Ederson “Əl-Nəsr”in radarına düşdü

İdman

14.07.2024 13:01

Ər-Riyad təmsilçisi “Mançester Siti”nin qolkiperini almaq üçün təklif göndərib. 

TodayPress xəbər verir ki,  Səudiyyə Ərəbistanı klubu Ederson üçün təxminən 30 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, Ederson 2017-ci ilin iyulunda "Benfika"dan "Mançester Siti"yə keçib. Qolkiperin transferi “şəhərlilər”ə 40 milyon avroya başa gəlib. Onun klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Transfermarkt portalı ötən mövsüm qapıçını 35 milyon avro dəyərində qiymətləndirib. 

İngiltərə çempionu son mövsüm "Mançester Siti"nin heyətində 43 matça çıxıb. Ederson 16 oyunda qapısını toxunulmaz saxlayıb. Digər oyunlarda isə 34 dəfə qapısında top görüb. 


Namiq HUN

tag: İdman,Ər-Riyad,Mançester Siti,Ederson,todaypress.az,