Ədalət zəfər çaldı: Rumıniyalı gimnast medalına qovuşdu

İdman

17.08.2024 10:09

İdman gimnastı Ana Barbosaya Paris Olimpiadasının bürünc medalı təqdim olunub.

TodayPress xəbər verir ki, 18 yaşlı Ana Rumıniyada mükafatlandırılıb.

Qeyd edək ki, Barbosa olimpiadada sərbəst hərəkətlər zamanı 3-cü yeri tutsa da, yarış başa çatdıqdan sonra hakimlər amerikalı Cordan Çaylzın balını artıraraq onun fəxri kürsüdə yer almasına şərait yaradıblar.

Rumıniyanın şikayətindən sonra İdman Arbitraj Məhkəməsi Ana Barbosanın lehinə qərar çıxarıb və ABŞ gimnastını medalsız qoyub.

Namiq HUN

tag: Ana Barbosa, Paris, ABŞ, İdman Arbitraj Məhkəməsi, Rumıniya, todaypress.az,