ECA-nın xətti ilə Avarçəkmə üzrə “Prezident Kuboku” reqatası keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku 2025” beynəlxalq reqatasında iştirakçı ölkələrin adları açıqlanıb.
TodayPress xəbər verir ki, aprel 28-dən mayın 2-dək keçiriləcək yarışda Avropa, Asiya və Afrikadan 20 ölkədən 200-dən çox idmançı gücünü yoxlayacaq.
Aprelin 28-də “Prezident Kuboku 2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq.
Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhərində keçiriləcək.
Ertəsi gün Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq.
Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Komandalar kayak, kanoe və akademik növlərdə mübarizə aparacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
Namiq HUN
tag: Avarçəkmə,Prezident Kuboku,Yarış,Turnir,Todaypress.az,