ECA-nın iclasında yeni yaradılan alyansla bağlı rəsmi müraciət olacaq
İdman
22.11.2024 17:28
Avropanın bütün klublarına Bakıda COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılan iqlim dəyişikliyinə qarşı birgə alyansa qoşulmaq təklif olunacaq.
TodayPress xəbər verir ki, “Qarabağ” və Avropa Klublar Birliyinin İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
Müraciət Avropa Klublar Birliyinin (ECA) dekabrın əvvəlində planlaşdırılan iclasında ediləcək və quruma üzv olan Azərbaycan təmsilçilərinə də şamil olunacaq.
Qeyd edək ki, birgə alyans noyabrın 16-da Bakıda “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç ) klublarının iştirakı ilə yaradılıb.
Namiq HUN
tag: ECA, Qarabağ, Avropa, Liverpul, Atletiko Madrid, todaypress.az,