“Əbədi derbi” qalmaqalla nəticələndi

İdman

24.09.2024 12:31

“Partizan” futbol klubunun baş məşqçisi Aleksandar Stanojeviç azarkeşlərin paltardəyişmə otağına hücumu nəticəsində xəsarət alıb.

TodayPress xəbər verir ki, bu, Serbiya çempionatının IX turunda “Srvena Zvezda”(0:4) ilə baş tutan oyundan sonra baş verib.

“Partizan”ın böyük hesablı ev məğlubiyyətindən sonra “ağ-qaralar”ın qəzəbli azarkeşləri komandanın soyunub-geyinmə otağına müxtəlif əşyalar atıb, şüşələri sındırıb, onun qəlpələri baş məşqçini yaralayıb. 

Qeyd edək ki, matçdan bir neçə gün əvvəl bir qrup naməlum şəxs “Partizan” stadionuna daxil olaraq futbol meydançasını yandırıb.

Namiq HUN

tag: Partizan ,Serbiya ,Srvena Zvezda, Komanda ,Matç ,todaypress.az,