Dyumfrisin İspaniya hekayəsi

İdman

01.05.2025 13:25

4

Milanın “İnter” klubunun futboçusu Denzel Dyumfris UEFA Çempionlar Liqasında (ÇL) yeni göstəriciyə imza atıb.   

TodayPress Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, müdafiəçi buna “Barselona”ya qarşı yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub. 

O, “neradzurri”nin heyətində qitənin bir nömrəli klub turnirində bu mərhələdə iki qol vuran ilk futbolçudur.   

Bundan başqa, Dyumfris ÇL-də bir qarşılaşmada Kataloniya təmsilçisinin qapısına iki dəfə yol tapan ilk müdafiəçidir.   

Namiq HUN

tag: Dyumfris,UEFA,İnter,Barselona,Todaypress.az,