Duran “Əl-Nəsr”in məşqinə təyyarə ilə gələcək

İdman

05.02.2025 14:34

1701

 “Əl-Nəsr” klubuna keçən kolumbiyalı futbolçu Con Duran Səudiyyə Ərəbistanında yaşamayacaq. 

TodayPress xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında evli olmayan cütlüklərin birgə yaşamasına icazə verilməməsidir. 

Con Duran sevgilisi ilə birgə yaşamaq üçün Bəhreyni seçib. Onun yaşayacağı ərazi ilə hər gün məşqlərə gələcəyi Ər-Riyad arasındakı məsafə isə 500 km-dir.

Duran hər gün saatyarımlıq təyyarə uçuşu ilə komandaya qoşulacaq. (Qafqazinfo) 

Namiq HUN

tag: Con Duran,Təyyarə,Məşq,Əl-Nəsr,Todaypress.az,