Duplantis rekord qırdı
İsveçli ikiqat olimpiya çempionu Armand Duplantis şüvüllə tullanmada dünya rekordunu yeniləyib.
TodayPress xəbər verir ki, o, Fransanın Klermon şəhərində keçirilən turnirdə şüvüllə tullanmada 6,27 m nəticə göstərib.
Duplantis artıq 11-ci dəfədir ki, dünya rekordunu qırır.
O, sonuncu dəfə 2024-cü ilin avqustunda Polşada keçirilən turnirdə 6,26 m nəticə ilə rekord təzələmişdi.
Qeyd edək ki, 25 yaşlı Duplantis Tokio və Paris Olimpiadalarının qalibidir. Armand həm də ikiqat dünya və üçqat Avropa çempionudur.
Namiq HUN
tag: sveç,Şüvüllə Tullanma,Armand Duplantis , Olimpiya,Atlet, todaypress.az,