Dünyanın ən yaxşı atletləri müəyyənləşdi
Dünya Atletikası 2024-cü ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.
TodayPress xəbər verir ki, Sifan Hassan və Letsile Teboqo dünyanın ən yaxşı atletləri seçiliblər. Niderlandı təmsil edən Sifan Hassan Paris Olimpiadasında marafonda qızıl medal qazanıb.
Hassan həmçinin stadiondan kənarda keçirilən atletika növləri üzrə də ən yaxşı idmançı seçilib. Kişilər kateqoriyasında marafonda Paris-2024-ün çempionu efiopiyalı Tamirat Tola qalib gəlib.
Botsvanalı sprinter Letsile Teboqo Parisdə keçirilən Olimpiadada 200 m məsafəyə qaçışda qızıl medal qazanıb. O, "İlin atleti" nominasiyasından başqa, qaçış növlərində də ən yaxşı seçilib.
Qadınlarda Parisdə 400 m məsafəyə maneələrlə qaçışda və 4x400 m estafetdə qızıl medallar qazanmış amerikalı Sidni Maklaflin-Levron qalibi olub.
Texniki növlər üzrə ən yaxşı idmançılar şüvüllə tullanan isveçli Arman Duplantis və hündürlüyə tullanan ukraynalı Yaroslava Maquçix olub. Hər ikisi Paris Olimpiadasının qalibi olub və dünya rekordları müəyyənləşdiriblər.
Namiq HUN
tag: Olimpiada, Çempion, Atlet, Dünya, todaypress.az,