Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi
İdman
02.01.2025 16:44
Gimnastika üzrə ən yaşlı olimpiya çempionu Keleti dünyasını dəyişib
TodayPress xəbər verir ki, macarıstanlı gimnast Aqnes Keleti 103 yaşında vəfat edib.
Ötən həftə Budapeşt xəstəxanasına yerləşdirilən keletiyə pnevmoniya diaqnozu qoyulub.
Keleti Holokostdan sağ çıxandır. İkinci Dünya Müharibəsi zamanı macar gimnast yəhudi mənşəli olduğuna görə milli komandadan kənarlaşdırılıb. O, adını dəyişib, çörək pulu qazanmaq üçün qulluqçu kimi iş tapmağa məcbur olub.
Dörd yaşında ikən gimnastika ilə məşğul olmağa başlayan Keleti 16 yaşında ilk titulunu qazanıb. O, idman gimnastikası üzrə beşqat Olimpiya (1952, 1956) və dünya çempionu (1954) olub. Onun aktivində Olimpiya Oyunlarının üç gümüş və iki bürünc medalı da var.
Namiq HUN
tag: Budapeşt ,Gimnastika, Macar ,Pnevmoniya, todaypress.az,