Dünyanın ən yaşlı futbolçusu vəfat etdi
İdman
25.11.2024 15:57
Dünyanın ən yaşlı futbolçusu olan Qrem Beyli vəfat edib.
TodayPress “Nationalworld”a istinadən xəbər verir ki, “Şeffild Yunayted” və “Haddersfild” klublarının keçmiş müdafiəçi 104 yaşında ölüb.
Qeyd edək ki, Qrem Beyli peşəkar futbolçu karyerasına 1937-ci ildə, 17 yaşında olarkən “Haddersfild” klubunda başlayıb. Müdafiəçi 1948-ci ildə “Şeffild Yunayted”ə transfer olunub. İki il sonra isə futbolçu karyerasını bitirib.
Namiq HUN
tag: Dünya, Qrem Beyli, Ölüm,Haddersfild,Şeffild Yunayted, todaypress.az,