Dünyanın ən sürətli yarışı səkkizinci dəfə Bakıda
İdman
13.09.2024 09:15
Bu gündən Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.
TodayPress xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula 2"də sınaq yürüşü ilə yanaşı, sıralama turu da baş tutacaq.
Qeyd edək ki, 20 döngə və 51 dövrədən ibarət olan Bakı treki 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. İlk üçlüyü "McLaren"dən Lando Norris (241 xal) və "Ferrari"dən Şarl Lekler (217 xal) tamamlayırlar.
Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Namiq HUN
tag: Yarış, Sürətli ,Avropa ,Red Bull, McLaren, Formula 2, todaypress.az,