Dünyanın ən böyük şahmat fiquru hazırlandı
Argentinada dünyanın ən böyük şahmat fiquru hazırlanıb.
TodayPress FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Rio-Sebalyos şəhərinin mərkəzində ucaldılan və 7,62 metr hündürlüyə malik, dəmirdən hazırlanmış fiqur Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi şəkildə tanınması üçün təqdim olunub.
Fiqur Rio-Sebalyosun mərkəzində yerləşən Şahmat Məktəbinin qarşısında quraşdırılıb.
Buna qədər ən hündür fiqur ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində yerləşirdi.
Taxtadan hazırlanmış “Şah” fiquru 6,09 hündürlüyə malikdir.
Namiq HUN
tag: Argentina,Şahmat,Fiqur,Ginnes,Todaypress.az,