Dünyanın 10 yaxşı cinah hücumçularının adı açıqlandı

İdman

06.12.2024 14:31

"FourFourTwo" nəşri hazırda dünyanın futbol üzrə ən yaxşı 10 cinah hücumçusunun adını açıqlayıb.

TodayPress xəbər verir ki, siyahıya “Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Junior başçılıq edir. İkinci sırada “Atletik” klubunda  çıxış edən Niko Uilyams yer alıb. İlk üçlüyü isə “Milan” klubundan Rafael Leao tamamlayır.

Dünyanın ən yaxşı cinah hücumçuları:

1. Vinisius Junior (“Real Madrid”)

2. Niko Uilyams (“Atletik”)

3. Rafael Leao (“Milan”)

4. Luis Dias (“Liverpul”)

5. Rafinya (“Barselona”)

6. Xviça Kvaratsxeliya (“Napoli”)

7. Son Hın Min (“Tottenhem”)

8. Qabriel Martinelli (“Arsenal”)

9. Entoni Qordon (“Nyukasl”)

10. Bradli Barkola (PSJ)

Namiq HUN

tag: FourFourTwo,Futbol,Cinah,Hücumçu,todaypress.az,