Dünyada ən çox qazanan idmançıların siyahısı
İdman
17.06.2024 12:09
Ötən il olduğu kimi bu dəfə də reytinqə “Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo başçılıq edir. “Forbes” jurnalının məlumatına görə, portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2024-cü ildə dünyanın ən çox qazanan idmançısıdır. Tarixdə ilk dəfə olaraq ilk 10-un hər biri bir ildə 100 milyon dollardan çox qazanır.
“Forbes” jurnalına görə dünyanın ən çox qazanan idmançıları:
1. Kriştiano Ronaldo (futbol, 39 yaş), 260 milyon dollar;
2. Con Ram (qolf, 29), 218 milyon dollar;
3. Lionel Messi (futbol, 36), 135 milyon dollar;
4. Lebron Ceyms (basketbol, 39), 128,2 milyon dollar;
5. Yannis Adtokunbo (basketbol, 29), 111 milyon dollar;
6. Kilian Mbappe (futbol, 25 yaş), 110 milyon dollar;
7. Neymar (futbol, 32), 108 milyon dollar;
8. Kərim Benzema (futbol, 36), 106 milyon dollar;
9. Stefen Karri (basketbol, 36), 102 milyon dollar;
10. Lamar Cekson (Amerika futbolu, 27), 100,5 milyon dollar;
Ronaldonun qazancının böyük hissəsi (təxminən 200 milyon) Səudiyyə Ərəbistanı Pro Liqasının Əl-Nəsr klubu ilə imzaladığı müqaviləsindən gəlir. Qalan 60 milyon Ronaldonun reklam da daxil olmaqla stadiondan kənarda qazandığı gəlirdi. Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqaliyalı futbolçu Səudiyyə klubunun heyətində 60 oyun keçirib, 56 qol vurub və 14 məhsuldar ötürmə edib. Ronaldo “Əl-Nəsr” klubunun heyətində Ərəbistan Çempionlar Liqasının qalibi olub.
Namiq HUN
tag: İdmançı, Kriştiano Ronaldo,Çox Qazananan İdmançı, Siyahı, todaypress.az,